Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir

06 fevral 2023-cü il tarixində " Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi"nin təşkilatçılığı ilə İctimai Birliyin təlimçisi Samirə xanım Süleymanova tərəfindən məktəbin 6-cı sinifdə təhsil alan qızlarla " Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir həyata keçirilmişdir. Tədbirdə şagirdlərə reproduktiv inkişaf, cinsi yetişkənlik dövrü, fiziki və psixoloji göstəricilər haqqında geniş məlumat verildi. Tədbirdə məktəbin tibb bacısı, psixoloqlar, təşkilatçı da iştirak edirdi. Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırıldı, proflaktik tədbirlər haqqında fikirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi