Yuxarı sinif valideynləri ilə görüş keçirildi
06 fevral 2023-cü il tarixində məktəbin 8-9-cu sinif valideynlərinin iştirakı ilə valideyn iclasları keçirildi. İclasın əsas mövzusu valideyn-məktəb münasibətlərinin tənzimlənməsi idi. İclas zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunan "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə Təlimat"-ın əsasında məktəbin Pedaqoji Şura iclasında müzakirəyə çıxardılmış və təsdiq olunmuş qaydalar valideynlərin əyani sürətdə nəzərinə çatdırıldı. Təlimatdakı bəndlər bir-bir səsləndirilərək valideynlərin şifahi şəkildə məlumatlandırılması təmin olundu. Daha sonra valideyn sayına uyğun çoxaldılmış özündə məktəbin qaydalarını əks etdirən təlimatın kağız versiyaları valideynlərə paylanaraq valideynlər tərəfindən imzalandı.
Valideyn-məktəb münasibətlənlərinin tənzimlənməsi məqsədi daşıyan təlimat əsasında digər siniflər üzrə də valideyn iclasları təşkil olunması nəzərdə tutulub.
İclasda həmçinin şagirdlərin I yarım il üzrə təlim nəticələri barədə də valideynlərə məlumat verildi. Məktəbin direktoru və direktor müavinləri tərəfindən şagirdlərin təlim-tərbiyə göstəriciləri səsləndirilərək valideynlərdən nəticələr haqqında münasibət öyrənildi. İclas valideynlərin səslənən fikirlərə münasibəti və fikirlər əsasında aparılan müzkirələrlə yekunlaşdı.