Təqvim ilin yekun görülən işləri

  2022-2023 tədris ili müddətində Elm və Təhsil Nazirliyi,eləcə də,BŞTİ-nin və digər qurumlardan gələn əmr və göstərişlər əsasında Tədbirlər Planı mərhələli şəkildə yerinə yetirilmişdir.
  2022-ci ilin son ayı dekabr ayının elə son həftələrində də Tədbirlər Planına əsasən bir çox tədbirlər həyata keçirildi.
  31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə məktəbimizin hərbi rəhbəri ehtiyatda olan polkovnik- leytinant Muraz Sadıqovun təşkilatçılığı ilə 29 dekabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən "7dən 17-yə vətənpərvərlik!" proqramı çərçivəsində hesabat xarakterli nümunəvi açıq dərs və məktəbin X- XI sinifləri arasında hərbi bilik yarışının final mərhələsi keçirildi.
  30 dekabr tarixində ibtidai sinif şagirdləri ilə birgə "Təbiəti qoruyaq" lahiyəsi çərçivəsində məktəb həyətində iməcilik təşkil edildi.
  Şagirdlərlə ətraf aləmin mühafizəsi üçün ilk şərtin təmizlik olduğu , lazımsız əşyaların ,tullantıların yerə yox ən yaxın zibil qutularına atılmasının vacib olduğu əyani surətdə göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi