Ulu Öndər Heydər Əliyev

12 dekabr Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

"Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü" Tədbirlər Planı çərçivəsində bu gün üçün təşkil olunan ilk dərslər Ümummilli liderin həyatına, müstəqil Azərbaycanın taleyində müstəsna xidmətlərinə həsr olundu.

 Tədbirlər Planına əsasən, 10ç sinif rəhbəri Vətən Müharibəsi iştirakçısı Ağamalıyev Ruslan müəllimin təşkilatçılığı ilə, hərbi rəhbər ehtiyatda olan polkovnik- leytenant Sadıxov Muraz, musiqi müəllimi Baxşıyeva Ruhiyyə  təşkilatçı Ələsgərova Aynur müəllimin  və 10ç sinif şagirdlərinin iştirakı ilə I Fəxri Xiyabanına ziyarət təşkil olundu. 

  Şagirdlərə Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, müstəqil Azərbaycanın taleyində əvəzsiz xidmətlərindən müəllimlər tərəfindən məlumat verildi. Səfərdə o cümlədən tanınmış oftalmoloq Zərifə Əliyevanın  məzarı da  ziyarət edildi.
  Bu münasibətlə həmçinin, məktəbin tarix müəllimi Məmmədova Aygün müəllim tərəfindən 5b sinif şagirdlərinin iştirakı ilə açıq dərs təşkil edildi. Dərs zamanı şagirdlərə Ümummilli liderin həyatını, siyasi fəaliyyətini əks etdirən təqdimat nümayiş olundu. Dərs şagirdlərin aktiv iştirakı ilə müşayət olunurdu. Müzakirədə hər şagird maraqla iştirak edərək Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu barədə nümayişi diqqətlə nəzərdən keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi