Monitorinq müzakirələri
Fəaliyyət planına uyğun olaraq V-VIII siniflərdə keçirilən monitorinqlərin nəticələrinin təhlilinə dair V-VIII siniflərdə dərs deyən Azərbaycan dili, riyaziyyat, ingilis dili fənn müəllimlərinin iştirakı ilə iclas keçirildi. İclasın əsas mövzusu kimi şagirdlərin monitorinqdə fənnlər üzrə göstərdikləri nəticələr müzakirə olundu. Müzakirədə siniflərə görə hər fənnə uyğun keyfiyyət göstəricilərinə diqqət yetirildi.Nəticələrlə bağlı müəllimlər öz münasibətini bildirərək şagird nəaliyyətlərinin yüksəldilməsi istiqamətində təkliflər irəli sürdülər.