Məktəbdən Beynəlxalq arenaya.

   24 noyabr 2022-ci il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi"nin  "Məktəbdən Beynəlxalq Arenaya "adlı qalib layihəsinin müəllifi  məktəbimizin fiziki tərbiyə fənn müəllimi Şamil Qorxmazoğlunun möhtəşəm açılış  tədbiri keçirildi.
   İlk olaraq Dövlət  Himni  səsləndiriləndən sonra , başda Ümummilli lider Heydər Əliyev olmaqla bütün şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Aparıcılığı şair- publisist Adil Həmid müəllimə həvalə olunan tədbirdə ilk olaraq layihə rəhbəri Şamil müəllim tərəfindən  layihə haqqında məlumat verildi.Rəhbərlik və müəllim heyəti, həmçinin, bir çox qonaqlar  : layihə üzrə ekspertlər, dünya və avropa çempionları,qazi və idmançılar  tədbirin iştirakçıları oldular.
  İdmançılar,şagirdlər tərəfindən karate və cüdo idman növləri üzrə nümunələr nümayiş etdirildi. Məktəb şagirdlərinin ifasında musiqili çıxışlar tədbiri daha da rəngarəng  etdi.
  Sonda hamıya təşəkkür edən layihə qalibi və rəhbəri Şamil müəllim bildirib ki, məktəbimizdə layihə müddətində karate üzrə ödənişsiz olaraq  məşqlər keçiriləcək
.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi