Erkən nikah və onun fəsadları
Cəmiyyətdə bəzən istəməsək də,təəssüflər olsun ki xoşagəlməz hadisələr tez-tez baş verir.Xüsusən azyaşlılar,yeniyetmələrlə bağlı olan hadisələr biz pedaqoqları ,psixoloqları daim narahat edir.Bu xoşagəlməz işlərdən biri də erkən nikahdır.
Erkən nikah azyaşlılar arasında ya da aralarında 15-20 yaş fərqi olan oğlan və qızlar arasında olan bir evlilikdir.Adət-ənənələr deyərək böyük səhvə yol verən böyüklər daha sonra bunun sonunda çox peşman olurlar.
Bu cür hadisələrin olmaması üçün ilk olaraq yeniyetmələri məhz təhsil aldıqları zaman maarifləndirmək lazımdır.
Məktəbin Fəaliyyət Planına əsasən bu və bu kimi mövzular üzrə mütəmadi olaraq söhbətlər aparılması məqsədi ilə 22 noyabr 2022-ci il tarixində məktəb psixoloqları: Vəfa və Nərmin müəllim,həmçinin, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Aynur müəllimin birgə təşkilatçılığı ilə "Erkən nikah və onun fəsadları" mövzusunda IX siniflərdən bir neçəsi ilə maarifləndirici iş təşkil edildi.
Görüş zamanı mövzu ilə bağlı təqdimat nümayiş edilərək şagirdlərin bu mövzuya qarşı münasibətlərini öyrənmək imkanı da əldə olundu.