Sevinc və qürur dolu gün

Tədbirlər Planı çərçivəsində məktəbdə əlamətdar günlərdən olan,xalqımız üçün fəxr və qürur duyduğu, igidlərimizin qanları ,canları bahasına qələbə qazandığı 8 Noyabr Zəfər günü və daim zirvələrdə dalğalanan üçrəngli bayrağımızın 9 Noyabr Bayraq günü münasibəti ilə  bir çox tədbirlər, ziyarətlər həyata keçirildi.
 Zəfər günü və Bayraq günü münasibəti ilə 04.11.2022-ci il tarixində məktəbin akt zalında musiqi müəllimləri Baxşıyeva Ruhiyyə  və Əhmədova Rəşidə müəllimlərin yüksək təşkilatçılığı ilə maraqlı tədbir keçirildi.Ruhiyyə müəllimənin quruluş verdiyi ssenari əsasında tədbir V siniflərin mahnı,şeir, rəqs nümunələrindən,bununla yanaşı  digər yuxarı və ibtidai sinif şagirdlərinin çıxışlarından ibarət idi.
Tədbir məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytinant Muraz müəllim və X sinif şagirdlərinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət bayrağı təmtəraqlı şəkildə zala daxil edilməsi ilə başladı. Daha sonra şagirdlər hərbi bacarıqlarını nümayiş etdirdilər.
  V sinif şagirdlərinin şeir və mahnılarla, ibtidai sinif şagirdlərinin rəqs nümunələri ilə tədbir maraqlı və rəngarəng keçdi. 
Qələbə gününün səbəbkarı olan qəhrəmanlarımız o cümlədən məktəbimizin məzunları olmuş Şəhidlər: Kərimli İsmayıl, Heydərov Rafiq, Ələkbərov Əli,Qasımlı Abbas, Abbasbəyli Həmid və məktəbin adını qürurla daşıdığı Famil İsgəndərov haqqında V siniflərin ifasında şeirlər səsləndirilərək onlara minnətdarlıq ifadə olundu.
Famil İsgəndərov və şəhid məzunlarımızdan Rafiq Heydərovun ailə üzvlərinin də qonağı olduğu tədbirdə sonda məktəbin direktor əvəzi İbrahimova Fatma müəllim öz təbrik və ürək sözlərini gələn qonaqlara və iştirakçılara çatdırdı.
Tədbirin təşkil olunmasında xüsusi ilə əməyi keçən V sinif və sinif rəhbərlərinə, IIc,IIIc sinfi və sinif rəhbərlərinə, Xa sinfi və sinif rəhbərinə təşəkkür edirik.
  
  Qələbəmiz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi