18 oktyabr- qürur dolu gün

 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.
  1991-ci il oktyabrın 18-də hakimiyyətdə olan iqtidar partiyası - Azərbaycan Xalq Cəbhəsinin qəbul etdiyi Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı. 
  Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.  
  Bu gün münasibəti ilə məktəbin tarix müəllimi, II Qarabağ müharibəsinin iştirakçısı Ruslan müəllim VIII a sinif şagirdləri ilə "Açıq dərs" keçirdi. Dərs zamanı müəllim ilk öncə 18 oktyabr tarixi barədə şagirdlərə məlumat verdi.Daha sonra şagirdlər də keçilən mövzu ilə bağlı öz biliklərini və məlumatlarını müzakirə üsulu ilə qarşılıqlı olaraq paylaşdılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi