Kiçik Akademiya

23.11.2016-cı il tarixdə məktəbimizdə artıq 3 ildir ki, fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin iştirakı ilə növbəti dəyirmi masa keçirilmişdir. “Körpələri qoruyaq” adlı növbəti dəyirmi masa məktəbin Uşaq Birliyi rəhbəri Rüstəmova Aysel tərəfindən təşkil edilmişdir. Dəyirmi masada məktəbin direktoru Səttarova Gülayə, direktor müavinləri, müəllimlər və bəzi şagirdlər dinləyici kimi iştirak etmişlər. İlk olaraq Akademiyanın sədri –məktəbimizin 8-ci sinif şagirdi Xasayev Qamət bütün iştirakçıları salamlayaraq yeni seçilmiş müavinləri təqdim etmiş, daha sonra sədr və müavinlərin tərtib etdiyi suallar ətrafında Akademiya üzvləri fikir mübadiləsi aparmağa başlamışlar. Onlar günümüzün aktual məsələlərindən olan valideyn himayəsindən məhrum olmuş, atılmış körpələrin taleyindən və həyat tərzindən söz açmışlar. 8 ç sinif şagirlərinin mövzuyla bağlı hazırladıqları qısa videolar nümayiş etdirilmiş, şagirdlər ölkəmizdə və ölkəmizdən kənarda bu cür körpələrin statistik göstəricilərini araşdırmışlar. Sonda məktəbin direktoru Səttarova Gülayə mövzuya dair öz fikirlərini şagirdlərə çatdırmış, onlara uğurlar arzulamışdır.