Anım günü
27 sentyabr 2020-ci il tarixində Azərbaycan xalqının 30 illik həsrətinə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin bir əmri igidlərimiz çətin bir yola çıxdılar.Müharibə başladığı gündən igidlərimiz canları bahasına günbəgün qələbələrə imza atdılar.
İki ildir ki, 27 sentyabr Anım günü kimi qeyd edilir. Azərbaycan xalqı böyükdən kiçiyə bu günü Anım günü olaraq qeyd edir,şəhidlərimizi hörmət və qürurla hər zaman olduğu kimi anır və onları uyuduqları xiyabanda ziyarət edirlər.
Məktəb olaraq biz də bu günü hörmət və qürurla yadd etdik.Bu gün həm də məktəbimizin məzun şəhidi Qasımov Abbasın da şəhadətindən 2 il keçir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Anım günü tədbirləri çərçivəsində ilk olaraq səhər növbəsində məktəb heyəti və şagirdlərlə birgə Dövlət Himni səsləndirildi,şəhidlərimiz bir dəqiqəlik sükutla yadd edildi. Məktəbimizin direktor əvəzi Fatma müəllim, Gənclərin hərbi çağırış fənn müəllimi ehtiyatda olan polkovnik-leytenant Muraz müəllim şagirdlərə bu gün haqqında öz fikirlərini paylaşdılar. Şagirdlərimiz şəhid məzunlarımızın şəkilləri önünə,məktəbimizin adını daşıdığı Milli Qəhrəman Famil İsgəndərovun büstü önünə qərənfillər qoydular. Bu gün həm də məktəbimizdə müharibə iştirakçıları qazilər də qonaq oldular.
27 sentyabr Anım günü tədbirləri çərçivəsində 28 sentyabrda məktəbin tarix fənn müəllimi A.Meyransa müəllim VI və IX sinif şagirdləri ilə birgə dəyirmi masa təşkil etdi.Dəyirmi masa ətrafına toplaşan şagirdlər ilk öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yadd etdikdən sonra öz təqdimatları ilə çıxış etdilər.