Bilik günü.

      15 sentyabr 2022 -ci il tarixindən etibarən yeni tədris ilinə başlanıldı.Bütün ölkə ərazisində bu gün birincilər üçün həyəcanlı gün oldu.

Bu gün hər il bir başqa sevinc və heyəcanla keçərdi.Lakin bu il həm heyəcan, həm də kədər hissi bizləri bürüdü.Yaxın zamanda mənfur düşmən yenə hücum etdi,cavab atəşi ilə susduruldu,amma 71 nəfər igidimiz şəhid oldu.Ürəklərimizə yenidən bir ağrı ,kədər çökdü, yaralarımız yenidən qanadı.Sentyabrın 12-si  gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçuların əziz xatirəsi həmişə qəlbimizdə qalacaq.

     157 nömrəli məktəb rəhbərliyi, pedaqoji heyət və bütün şagirdlər bu gün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək,dövlət himnini səsləndirərək günə başlandı.Məktəbin direktor əvəzi Fatma müəllim şagirdlərə uğurlar arzu etdi və şagirdlər sıra ilə siniflərə keçdilər.Sentyabrın 15-də məktəbdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.

Vətən başın sağolsun!

    Mənfur düşmən ,sən bizə qalib gələ bilməyəcəksən.Bax, bu gün ölkə olaraq minlərlə,milyonlarla övladlarımız məktəbə başlayıb,savadlı xalq olaraq igidlərimiz ilə sənə həmişə olduğu kimi qalib gələcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi