Pedaqoji Şura iclası keçirilirdi.

    13 sentyabr 2022-ci ildə məktəbdə 2022-2023-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və pedaqoji heyət iştirak edirdi.

Pedaqoji şuranı açıq elan edən məktəbin direktor əvəzi İbrahimova Fatma müəllim məktəbə yeni təyin olunan müəllimləri pedaqoji heyətə təqdim etdi. Məktəbin cari tədris ilində qarşıda dayanan hədəfləri müzakirə olundu.

    Təlim-tərbiyə işləri üzrə direktor müavini Nurəliyeva Sevgili müəllim isə sinif və şagird sayı haqqında pedaqoji heyətə məlumat verdi.

Ötən tədris ilində tam orta və ümumi orta təhsil səviyyəsi üzrə məzunların buraxılış imtahanında göstərdiyi nəticələr tərbiyə işləri üzrə direktor müavini Ələsgərova Aynur müəllim tərəfindən təqdim olundu.

    İclasda eyni zamanda yeni tədris ilində şagirdlərin məktəbli formaları müzakirə olundu. Məktəb rəhbərliyi tərəfindən məktəbli formaların məcburi olmaması məsələsi bir daha nəzərə çatdırıldı. Hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Sadıxov Muraz müəllim şagirdlərin vətənpərvərlik ruhunda tərbiyələnməsində məktəbin rolu barədə nitq söylədi. Bu istiqamətdə bərabər əməkdaşlığın əhəmiyyətinə toxunuldu.Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Adil Həmidov yay mövsümündə məktəb avadanlıqlarının təmirindən, maddi - texniki bazanın yüksəldilməsindən , məktəbin yeni tədris ilinə tam hazırlığından danışdı, dövlət əmlakına qayğı ilə yanaşmanı xahiş etdi. Pedaqoji Şura müəllimlərin müzakirə olunan məsələlərə münasibət bildirməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi