Hərbi-idman yarışı keçirildi.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin IV maddəsini rəhbər tutaraq Çağırışaqədərki hazırlıq fənninin tədrisinin başa çatması ilə əlaqədar “Şuşa ili”nə həsr edilmiş Hərbi-idman bayramı 10 iyun 2022-ci il tarixdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 №-li tam orta məktəbdə keçirildi.

     Hərbi-idman bayramının keçirilməsində başlıca məqsəd  vətənpərvərliyin yüksək səviyyədə təbliğ olunması, şagirdlər arasında hərbi qulluğa sevgi və rəğbət hissini quvvətləndirmək, peşə yönümünü hərbi ixtisaslara istiqamətlənməsi və gələcək çağırışçıları hərbi xidmətə hazırlamaqdır.    

     Məktəbin hərbi rəhbəri,çağırışaqədərki hazırlıq fənn müəllimi ehtiyatda olan polkovnik-leytinant Sadıqov Muraz müəllimin təşkilatçılığı ilə baş tutan yarış Ümumilli lider Heydər Əliyev və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban verən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı.

     Hərbi orkestr  müşayəti ilə Dövlət Himni,əsgər marşı çalındı.Daha sonra məktəblər üzrə taqımların keçidi oldu.Şagirdlərin müxtəlif nömrələr üzrə öz bacarıqlarını göstərdilər.

    Tədbirdə məktəbimizin adını qürurla daşıdığı Famil İsgəndərovun və şəhid-məzunlarımız : Qasımov Abbas,Əli Ələkbərov,Abbasbəyli Həmid,Heydərov Rafiq,Kərimli İsmayılın ailələri, həmçinin Dövlət Səfərbərlik xidməti idarəsinin ,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri,digər rəsmi şəxslər,müəllimlər qonaq oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi