Müstəqillik günü həftəsi

   28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 114 illiyi ilə bağlı olaraq məktəbin silsilə tədbirlər vəişlər həyata keçirilmişdir. İlk olaraq, məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytinant Muraz Sadıqovun,məktəbin uşaq birliyi təşkilatı rəhbəri Natəvan Həsənalıyevanın təşəbbüsü ilə ekskursiya təşkil olunmuşdur. X sinif şagirdləri ilə baş tutan gəzinti ilk olaraq "II Fəxri Xiyaban"da şəhidlərimizin qəbirlərini ziyarət etməklə başladı. Daha sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi " Azərbaycan Hərbi Tarix Muzeyi"də olan şagirdlər burada olan qədim ,orta və yeni dövrün hərb sahəsinə aid dəyərli eksponatları ilə tanış oldular.Onlar burada həmçinin II Qarabağ müharibəsində istifadə olunan və yeni hərbi avadanlıqları da yaxından görərək onlar haqqında məlumat əldə etdilər.

  26 may tarixində məktəbimizin "Əməkdar müəllim"i Əliyeva Nəzakət müəllimin və 4a sinif şagirdlərinin təşkil etdiyi bayram tədbiri, 27 may tarixində isə məktəbin rus dili müəllimi Yusifova Rəfiqə müəllimin təşkilatçılığı ilə müxtəlif sinif şagirdlərindən ibarət rus dilində tədbir həyata keçirildi. Buraxılış sinfi olaraq dördüncülər vətənpərvər duyğularla və qürur hissi ilə həm bayramı qeyd etdilər,həm də ibtidai sinifə əlvida dedilər.

  Digər tədbirdə isə şagirdlər tərəfindən rus dilində ifa olunan mahnılar, səslənən şeirlər böyük marağa səbəb oldu.Digər dillərdə milli mövzulara aid tədbirlərin təşkili şagirdlərin intellektual və mədəni inkişafı üçün əhəmiyyətlidir. Bu onlarda vətənpərvərlik anlayışının digər dillərdə təqdim olunması və təbliği baxımından önəmlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi