IX sinif üzrə valideyn iclası keçirildi.

  20 may 2022-ci il tarixdə məktəbin akt zalında IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin təhlili ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri, IX sinifdə Azərbaycan dili, ingilis dili və riyaziyyat fənnini tədris edən müəllimlər və sinif rəhbərlərinin iştirakı ilə iclas keçirilirdi.

   İclasda ilk olaraq məktəbin direktor vəzifəsini müvəqqəti icra edən İbrahimova Fatma müəllim imtahan nəticələrinin müqayisəli şəkildə təhlilini valideynlərə təqdim etdi. Nəticələrin müzakirələri zamanı zəif göstəricələrə səbəb olan amillərə nəzər yetirildi. Məktəbin psixoloqu Şükürova Vəfa imtahanın nəticələrinin zəif olma səbəbini psixoloji tərəfindən əlaqələndirərək valideynlərə bu istəqamətdə tövsiyyələrini çatdırdı.

   İclasda məktəbin rəhbərliyi növbə ilə söz alaraq öz fikirlərini valideynlərlə bölüşdülər.Beləki,növbəti olaraq hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Sadıqov Muraz müəllim yetişməkdə olan gənc nəsilin inkişafında hərbi-vətənpərvərlik təbliğatının əhəmiyyətini vurğulayaraq valideynlərə şəxsiyyət yetişdirməkdə həssaslıq göstərmələrinin zərurətini diqqətə çatdırdı. İclasda təsərrüfat işləri üzrə direktor müavini Həmidov Adil müəllim söz alaraq şagirdlərin məktəbin maddi-texniki bazasına ( inverntarlar), onları əhatə edən əşyalara qarşı davranışları barədə fikirlərini bölüşdü.

    Ümumilləşdirici çıxış zamanı məktəbin tərbiyə işləri üzrə direktor müavini ( təşkilatçı) Ələsgərova Aynur müəllim ilk olaraq valideynlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixində təsdiq olunmuş "Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsviri" qərarı haqqında məlumatı verdi.Qərarda təqdim olunan məktəbli geyimi nümunələri ilə tanış olan valideynlər fikirlərini də bildirdilər.İclas Aynur müəllimin nəticələri zəif olan və ümumiyyətlə təhsilə marağı aşağı olan şagirdlərin peşə istiqamətinə yönləndirmələri barədə valideynlərə tövsiyələr bildirməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi