Narkomaniya və zərərli vərdişlərə "Yox" deyək.

   XXI əsrin böyük bəlalarından biri də azyaşlılar arasında da artıq təəssüf hissi ilə rastlaşdığımız narkomaniya , zərərli maddələrdən istifadədir. Gənclərə doğru istiqamətlərin göstərilməsi üçün hələ məktəb vaxtından onlarla mütəmadi maarifləndirici görüşlər və söhbətlərin aparılması vacib məsələlərdəndir.

   Məktəblilərlə tez-tez görüşə gələn Polis İdarəsi əməkdaşları bu işin daha mütəşəkkil şəkildə həyata keçməsində xüsusi rol oynayırlar.

   Bu dəfə də məktəbimizin qonaqları Binəqədi rayon Polis İdarəsinin azyaşlılarla iş üzrə bölməsinin rəisi Nurlan Axundzadə və 7-ci bölmənin əməkdaşları : Lalə Əsədova,Kamil Şərifov oldular.Onlar əsrimizin bəlalarından olan zərərli vərdişlərdən ,narkotik maddələrdən şagirdlərimizə məlumat verdilər.Onlardan uzaq olmağa , təhlükə hiss etdikləri an polis əməkdaşlarına müraciət etmələrini bildirdilər.

   Görüş zamanı şagirdləri maraqlandıran sualları da cavablandıran əməkdaşlara öz minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi