REPRODUKTİV SAĞLAMLIQ MÖVZUSUNDA ŞAGİRDLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ.
6 aprel tarixində məktəbin Uşaqların dərs və məktəbdənkənar sinifdənxaric təlim tərbiyə işləri üzrə direktor müavini Aynur müəllim və məktəbin həkimi Ceyran Babayeva birgə təşkilatçılığı ilə şagirdlərlə reproduktiv sağlamlıq mövzusunda görüş keçirildi. Görüşdə şagirdlərə sağlam böyümələri, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat verildi və onlara bu məlumatı əks etdirən videoçarx nümayiş etdirildi. Bu görüşdə məktəbin VI sinif qızları və müəllimlər iştirak etdi. Görüş daha sonra diskussiya şəklində keçirildi və şagirdlərin sualları cavablandırıldı.