Bahar elimizə xoş gəlibdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası məqsədilə, Tədbirlər Planına əsasən ağacəkmə aksiyası, şənlik, kitabxanada tədbir, şəhid, qazi və aztəminatlı ailələrə bayram ziyarətləri həyata keçirildi.
Tədbir çərçivəsində mərhələli şəkildə ilk olaraq 01.03.2022-ci il tarixində məktəb həyətində ağacəkmə mərasimi baş tutdu. Məktəb həyətində mərhələli olaraq siniflərlə əvvəlcə iməclik, daha sonra müxtəlif ağac və güllər əkildi.
15 martda ibtidai siniflərdə bahar şənliyi keçirildi. İbtidai siniflərdə təhsil alan balacalarımız Novruz bayramının məzəli qəhrəmanları Kosa, Keçəlin təşkil etdiyi oyunlar, rəqslərlə əyləndilər.
16 mart tarixində məktəbin foyesində xonça sərgisi təşkil edildi.Daha sonra tədbirə keçid edildi. Uşaq birliyi təşkilatı rəhbəri Natəvan müəllimin yazıb,hazırladığı ssenari əsasında hazırlanan tədbirdə qonaqlar bir çox ədəbi qəhrəmanların- Novruzəli ,Mirzə Səfər,Dədə Qorqud kimi obrazların iştirakı ilə səhnəciklərə tamaşa etdilər. Tədbir zamanı milli adətlər ,mahnılar,rəqslər qonaqlar tərəfindən alqışlarla qarşılandı.Tədbir sonunda məktəb həyətində Novruzun əsas simvolu olan tonqal qalandı.Mahnılar,rəqslər orda da davam etdi.
17 martda isə kitabxanada "Novruz Azərbaycan ədəbiyyatında" adlı tədbir oldu.Tədbirdə 5ç,6c və 8 b sinfinin şagirdləri iştirak etdi.Onlar Novruzun qədim dövrdən gələn adətləri,keçirilən ayinlər haqda,sovet dövründə qadağa qoyulması haqda danışdılar.Şıxəli Qurbanovun qadağalara baxmayaraq, bu bayramı yenidən təntənəli təşkil etməyini qeyd etdilər.Abbas Səhhətin,Abdulla Şaiqin,Aşıq Ələsgərin, Qurbaninin, Şah İsmayıl Xətainin bahar haqda şeirlərini səsləndirdilər.
Tədbirlər Planının icrası müddətində mütəmadi olaraq sagird,müəllim və valideyn kollektivi tərəfindən şəhid, qazi və aztəminatlı ailələri bayram sovqatları ilə ziyarətlər edildi.
Bayraminiz mübarək.