"Talassemiya ilə mübarizəyə dair" tədbir
19 oktyabr 2016-cı il tarixdə Binəqədi rayonu 157 saylı məktəbdə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli 1044 nömrəli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının 5.7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə məktəbimizdə 9, 10 və 11 ci sinif şagirləri ilə məktəb rəhbərliyinin, həkimlərin və müəllimlərin görüşü baş tutdu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səttarova Gülayə tədbirin məqsədindən, talassemiyaya qarşı mübarizə yollarından, gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin zəruriliyindən bəhs edib. Tədbirdə çıxış edən məktəbin həkimi Babayeva Ceyran ölkəmizdə talassemiyaya qarşı aparılan müalicə tədbirlərindən, gənclərin nikaha daxil olmazdan əvvəl tibbi müayinələrdən keçmələrinin zəruriliyindən danışıb.