Xocalı faciəsi- unudulmayan tarix.
26 fevral 1992-ci il tarixində dünyada Azərbaycan adlı ölkədə ermənilər tərəfindən bir insan qətliyamı-Xocalı faciəsi baş verdi. Həmin gecə 25 fevraldan 26 fevrala keçən gün silahsız, günahsız insanların soyuq, şaxtalı qış gecəsində öz yurd-yuvalarını zorla tərk etməyə məcbur edən ermənilər qarşılarına çıxanları qətlə yetirdilər.Körpə, cavan, qoca demədən qətliyam törədən ermənlərə illər sonra müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin əmri ilə layiqli cavabını 44 günlük şanlı qələbə ilə verdilər. Bu gün Xocalı azad torpaqdır və əsl sahiblərinə geri qaytarılmışdır, amma Xocalı faciəsi Azərbaycan xalqının qəlbində həmişə qalacaq.
Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən 23-25 fevral tarixləri məktəbdə anım günləri təşkil edilmişdir.Anım günlərində 23 fevral tarixində ilk olaraq VI sinif şagirdləri Aynur və Meyransa müəllimlə birgə Xocalı abidəsini ziyarət etdilər,abidə önünə qərənfillər qoydular. Məktəbin tarix müəllimi Ruslan müəllim və gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimi Orxan müəllim IX sinif şagirdləri ilə birgə " Xocalı intiqamını alan igidlər " adlı interaktiv müzakirəli dərs keçdilər.Dərs zamanı şagirdlərə erməni vəhşiliklərindən danışıldı, günahsiz qurbanlar,şəhidlər bir dəqiqəlik sükutla yad edildilər. 44 günlük şanlı müharibə ilə qazanılan qələbələr videocarxlarla yeniden xatırlandı.
24 fevral tarixində məktəbin 6e və 5ç sinif şagirdləri birgə Xocalı faciəsi qurbanları və şəhid-məzun Rafiq Heydərovun əziz xatirəsinə həsr edilmiş " Xocalı intiqamını alan igidlər"adlı tədbir keçirildi.Tədbirdə ilk olaraq Xocalı faciəsindən danışıldı,o günlərə bir dönüş edildi.Ağrılı yaramız olan Xocalının intiqamını alan, 44 günlük müharibə ilə işğal altında olan torpaqlarımızı azadlığa qovuşduran igidlərdən Rafiq Heydərovun əziz xatirəsi yad edildi. Şagirdlər tərəfindən şeirlər söylənildi,səhnəciklər təqdim edildi.Tədbirdə iştirak edən şəhidimizin xalası Zülfiyyə xanım,məktəb rəhbərliyi də öz sözləri ilə bu günün önəmindən bəhs etdilər.
25 fevral tarixində isə məktəbdə bütün siniflər üzrə ilk dərs saatı Xocalı faciəsi qurbanlarının yad edilməsinə həsr edildi,divar qəzetləri nümayiş etdirildi,şagirdlər bu günlə bağlı şeirlər söylədilər.
Allah bütün Xocalı faciəsi qurbanlarına , şəhidlərimizə rəhmət eləsin.