20 Yanvar şəhidlərini hörmətlə anırıq.

  Paytaxt məktəblərində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: azərbaycançılıq  nümunəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilməsi ilə əlaqədar 157 nömrəli məktəbdə də silsilə tədbirlər həyata keçirilmişdir. 17-18 yanvar tarixlərində məktəbin tarix fənn müəlimi Məleykə müəllim “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, gənclərin çağırışaqədərki hazırlığı müəllimi Orxan müəllim  “20 Yanvar sınağı: azərbaycançılıq  nümunəsi” mövzularında açıq dərslər təşkil etdilər.

  19 yanvar tarixində məktəbin foyesində şagirdlərin çəkdikləri rəsmlər, hazırladıqları divar qəzetləri sərgiləndi. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aynur müəllim,  təlim-tərbiyə işləri üzrə direktor müavini Sevgili müəllim və məktəbin şahmat dərnəyinin rəhbəri Elşən müəllimin təşkilatçılğı ilə “Tariximizin şanlı səhifəsi” adlı 5-13 yaş uşaqlar arasında şahmat yarışı təşkil edilmişdir.Şagirdlərin iştirakı ilə həyata keçirilən yarışda I,II,III yerə layiq olanlar diplomlarla təltif olundular.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi