Sağlam gələcək üçün öz sağlamlığımızı qoruyaq.
Şagirdlərin məktəblərdə təhsil alması onlarının gələcək həyatlarının təməl daşlarındandır. İnsan olaraq isə sağlamlıqlarını qorumaq, gigiyena qaydalaranına əməl etmələri onları pis xəstəliklərdən mikroblardan qorumağa kömək edən amillərdəndir. Bu işdə maarifləndirmə işi də çox böyük önəmə malikdir.
Fəaliyyət Planına uyğun olaraq məktəbin Uşaq birliyi təşkilatı rəhbəri Natəvan müəllim, məktəbin həkimi Ceyran həkim və tibb bacısı Afaq xanımın birgə fəaliyəti nəticəsidir ki, müntəzəm olaraq mərhələli şəkildə ibtidai siniflərlə maarifləndirici görüşlər aparırlar.
Bu dəfəki görüşdə ilk olaraq tibb bacısı Afaq xanım şagirdlərə şəxsi gigiyena qaydalarından danışdı.Dırnaq təmizliyindən, əllərin və dişlərin təmizlənmə metodikasını şagirdlərə izah etdi. Ceyran həkim isə balacalara COVİD19 virusunun nə olduğunu, ona qarşı hansı işləri həyata keçimək və necə müdafiə olunmaq lazım olduğunu başa saldı.