Onlar başqaları kimi ola bilərlər, narkomaniyaya yox deyək!

      Narkomaniya- 21-ci əsrdə də qlobal problemler sırasında, öz aktuallığını davam etdirən bir bəla. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.

      BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır.

      Qlobal problemlər, dünyada baş verən hadisə, xaos bu bəlanın aludəçilərinin və qurbanlarının sayını gündən-günə artırır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artıb. Son məlumatlara əsasən ölkədə narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.

30 noyabr 2021-ci il tarixində Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölmənin rəisi Tuncay Abbasov,Binəqədi Rayon Yetkinlik yaşına çatmayanlarla bölməsinin rəisi Nurlan Axundzadə və digər əməkdaşlarla məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.

    Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölmənin rəisi Tuncay Abbasov zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı. Binəqədi Rayon Yetkinlik yaşına çatmayanlarla bölməsinin rəisi Nurlan Axundzadə də iştirakçıları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumatlandırespublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açdılar, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdılar.

    Tədbirdə həmçinin “Sizə birindən danışım-narkoman birindən” və “ O başqaları kimi ola bilərdi” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi