Pedaqoji Şura iclası
27.11.2021-ci il tarixində məktəbin Akt zalında növbəti Pedaqoji Şura iclası baş tutdu.
İclasda ilk olaraq diektor vəzifəsini müvəqqəti icra edən Fatma müəllim çıxış etdi.Müəllim heyətini salamladıqdan sonra, iclas zamanı müzakirə olunacaq mövzular haqqında qısa məlumat verən Fatma müəllim sözü ilk olaraq Təlim-tədris üzrə direktor müavini Sevgili müəllimə verdi. Daha sonra Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aynur müəllim, həmçinin məktəb həkimi Ceyran xanım və bir neçə müəllim çıxış etdilər.
- IV-XI siniflərdə ana dili və riyaziyyat fənlərindən aparılmış monitorinqlərin nəticələri haqqında;
- "Müəlimlərin etik davranış qaydaları haqqında";
- "Fənn olimpiadalarının nəticələri haqqında " və bu kimi digər məsələlər iclas zamanı müzakirə edildi.