Zəfər yazan igidlər.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər  Günü ilə bağlı tədbirlər təşkil olunub.

   Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər  Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

   Tədbirlər Planına əsasən 01.11.2021-04.11.2021-ci il tarixində məktəbin ibtidai sinifləri növbəli şəkildə "Qənimətlər parkı"- açıq hava sərgisini, "Dəmir yumruq" yarmarkasını ziyarət etdilər. Məktəbdə siniflərarasında ən yaxşı divar qəzeti müsabiqəsi təşkil edilmişdir. Ən yaxşı divar qəzetləri məktəbin "Divar qəzeti" güşəsində nümayiş etdirildi.

    05.11.2021-ci il tarixində məktəbin akt zalında tərbiyə işləri üzrə təşkilatçı müavin Aynur xanım, uşaq birliyi təşkilatı rəhbəri Natəvan müəllim və 3c sinif rəhbəri Samirə müəllimin birgə təşkilçılatçılığı ilə "Zəfər yazan igidlər" adlı tədbir keçirildi. Tədbirdə adını daşıdığı məktəbin məzunu I Qarabağ müharibəsinin şəhidi Famil İsgəndərovun ailəsi, həmçinin məktəbin beş şəhid məzunları- Qasımov Abbas, Rafiq Heydərov, Kərimli İsmayıl, Əli Ələkbərov, Abbasbəyli Həmidin ailəsi, qazilər və məktəbin tarix yazan müəllimlərindən Ruslan müəllim  də qonaq oldular. 

  Azərbaycan Respublikasının Himni ilə başlayan tədbir, maraqlı səhnəcik, vətənpərvərlik ruhlu şeirlər və rəngarəng rəqslərlə qonaqlar tərəfindən yüksək alqışlarla qarşılandı.

 Zəfər günü mübarək qəhrəman igidlər yurdu,Azərbaycan! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi