27 sentyabr Anım Günü
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.
Tədbirlər Planına əsasən 27 sentyabr "Anım Günü" ilə bağlı olaraq 157 nömrəli məktəbin bir çox qazi qonaqları, həmçinin, məktəbin şəhid məzunu Qasımov Abbasın ailəsini də qürur və fəxr hissi ilə qarşılandı.Şəhidimizin başda ailəsi olmaqla, dostları, ona dərs deyən müəllimləri də bu gün münasibəti ilə məktəblilərimizlə görüşdülər.Qürur və kövrək anlarla dolu olan bu tədbirdə şəhidimizin adını daşıyan 2c sinif şagirdləri öz şeirləri, hazırladıqları videoçarxla, sinif rəhbəri Zinhar müəllimə xatirələri ilə, şəhidimizin sinif yoldaşı Murad bəyin və şagirdimiz Tunarın ifasında vətənpərvər mahnılar tədbirə xüsusi bir rəng qatdı.