"Yay məktəbi"əyləndik,öyrəndik, xoş anlar və xoş xatirələr qazandıq.

 Koronavirus (COVİD– 19) pandemiyası və 2020 – ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verliməsi məqsədilə iyunun 18 – də "Yay məktəbi"nə start verildi.

Könüllü, ödənişsiz əsaslarla təşkil olunan "Yay məktəbi"ndə I – X siniflər üzrə 90 nəfər şagird müvafiq siniflərdə qruplaşdırıldı.

"Yay məktəbi" məşğələləri üçün nümunə tədris planına müvafiq olaraq tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə təşkil olunan dərslə, ekskursiyalar şagirdlər tərəfindən maraqla qarşılandı. Bununla yanaşı şagirdlər açıq havada təşkil olunan yarışlarda, yaradıcılıq işlərində, oyunlarda böyük həvəslə, rəqabətlə iştirak etdilər.

"Həyatın güzgüsü" ədəbiyyat dərnək rəhbəri İsmayılova Zabitə müəllimin rəhbərliyi ilə dərnək üzvlərinin "Arşın mal alan " musiqili komediyasından hazırladıqları səhnəciklə balacalarımız açıq havada teatr tamaşaçısı oldular.Növbəti günlərdə ekskursiyalar da təşkil olundu. Hər gün əyləncəli, öyrədici mühitdə şagirdlər maraqlı vaxt keçirirdilər.

"Yay məktəbi"nin son günü də ilk gün kimi maraqlı,əyləncəli və uşaqların ürəyincə keçdi.Beləki,Vətən müharibəsi iştirakçıları olan müəllimləri R.Orxan və A.Ruslan şagirdlərə müharibə zamanı rastlaşdıqları çətinliklər,şahidi olduqları maraqlı xatirələri uşaqlarla paylaşdılar.Məktəb direktoru Gülayə müəllim şagirdlərlə söhbət zamanı məktəbin şəhid məzunlarını yada salıb,onlarla bağlı xatirələri bölüşüb,sonda bütün şəhidləri 1dəqiqlik sükutla yad etdi. "Həyatın güzgüsü"ədəbiyyat dərnəyinin rəhbəri İ.Zabitə müəllimin təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə maraqlı səhnəcik də  təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi