Birinci sinfə qeydiyyatla bağlı suallar cavablandırılır

Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində 28-30 aprel 2021-ci il tarixlərində müvafiq suallara cavab verilir.

Suallar şərhlər vasitəsilə saat 10:00-dan 18:00-dək cavablandırılır.

Valideynlər üçün daha bir imkanın yaradılmasında əsas məqsəd onları düşündürən məsələlərə daha operativ aydınlıq gətirmək və eyni sualı olan valideynlərə ümumi qaydada cavab verilməsinin təmin olunmasından ibarətdir.

Qeyd edək ki, aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

I sinfə şagird qəbulu prosesində məktəb və müəllim seçiminə isə aprelin 29-dan başlanılacaq.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi