"Azərbaycan gəncləri Narkotiklərə Yox deyir!" Rəsm müsabiqəsinin nəticələri açıqlandı.
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 05-09 aprel 2021-ci il tarixlərində “Azərbaycan gəncləri Narkotiklərə Yox deyir!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının (2019-2024-cü illər) icrasını təmin etmək, narkomanlığın fəsadları haqqında yeniyetmə və gənclərdə düzgün təsəvvürlərin formalaşdırılması və “COVİD-19” pandemiyası dövründə istedadlı yeniyetmə və gənclərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması və asudə vaxtın səmərəliliyinin təşkil olunmasıdır.
- Müsabiqənin nəticəsinə əsasən:
Kiçik yaş qrupu üzrə:
Tağızadə Məhin-157 nömrəli tam orta məktəbin 4d sinif şagirdi -3-cü yerə layiq görülmüşlər.
Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom” və “Fərqlənmə” ilə mükafatlandırılacaqlar.