31 Mart Soyqırımı anım günü

  31 mart Azərbaycan tarixində "Mart Soyqırımı" olaraq yazılıb anılmaqdadır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı  da daxil olmaqla Azərbaycanın bir çox şəhərlərində və bölgələrində ermənilər tərəfindən baş verən bir faciədir. Bu gün Azərbaycanın günahsız əlisilahsiz xalqı amansızca qətlə yetirildi.

  Hər il olduğu kimi bu ildə həmin günün xatirələri məktəbli dostlarımız tərəfindən hörmətlə anıldı.

  Pandemiya şərtlərinə uyğun olaraq "Microsoft Teams" platformasında ilk dərslər bu mövzuya həsr edildi. Məktəbin tarix müəllimi Ağayeva Meyransa müəllim tərəfindən debat dərs təşkil edilmişdir. Həmçinin 4 d sinif şagirdləri bu günlə bağlı olaraq çəkdikləri şəkil və yazdıqları inşalarla öz kiçik dünyalarından bu faciəni təsvir etmeye çalışdılar.

 Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi