Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü
26 fevral 1992-ci il tarixində Azərbaycan xalqı dəhşətli bir faciəyaşadı. Əli silahsız, qoca,cavan, körpə demeden Xocalıda erməni qatilləri insanlara qarşı soyqırım törətdilər. Bu soyqırım çox ocaqları odsuz,çox evləri işıqsız qoydu.Neçə-neçə ailələr tamamilə yox edildi, insanlar uyğun düşdü , soyuqda ,şaxtada donaraq həyatlarını itirdilər.
Hər il bu günü ikiqat ürəkağrısı ilə keçirirdik, torpaqlarımız işğal altında idi.Lakin bu il ağrılar azaldı , yenə həyatını itirənləri gözyaşları ilə andıq ancaq bir tərəfdən də qürurluyuq. Çünki vətənimizin igid oğulları Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə torpaqlarımızı işğaldan azad etdilər. Mənfur düşməndən qisasımız alındı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 fevral 2021-ci il tarixli F-38 nömrəli əmri ilə təsdiq edilmiş "Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Bakı Şəhəri 157 nömrəli tam orta məktəbin bütün sinifləri üzrə ilk dərslər həmin günə həsr edilmişdir. Həmçinin təlim- tərbiyə işləri üzrə direktor müavini Quliyeva Sevinc və Uşaq Birliyi Təşkilatı rəhbəri Həsənalıyeva Natəvanın birgə təşkilatçılığı ilə şəhid Qasımlı Abbas adına I "ç", şəhid Abbasbəyli Həmid adına III "a", şəhid Xudayar Yusifzadə adına IV "d", şəhid Kərimli İsmayıl adına VI "c" və digər sinif şagirdlərinin təqdimatında videoçarxlar, şeir, əl işləri (şəkillər,divar qəzetləri) təqdim edilmiş, "Həyatın güzgüsü " adlı ədəbiyyat dərnəyinin rəhbəri Zabitə müəllim, dərnək üzvləri birgə "Virtual məktəb" platformasında onlayn tədbir keçirilmişdir.
Allah bütün şəhidlərimizə və həmin gün həyatını itirənlərə rəhmət eləsin!