Vətənin Qəhrəman Oğulları
Fevralın 17- si tərbiyə işləri üzrə direktor müavini Sevinc Quliyeva, məktəbin Azərbaycan-dili və ədəbiyyat müəllimi, ədəbiyyat dərnəyinin rəhbəri Zabitə İsmayılova və tarix müəllimi Meyransa Ağayevanın birgə təşkilatçılığı ilə "Vətəninin Qəhrəman oğulları" adlı onlayn tədbir keçirildi. Tədbiri məktəbin direktoru Gülayə Səttarova açıq elan etdi. Tədbirdə məktəbin məzunu olmuş şəhidlərimiz haqqında məlumat verildi. Söz "Vətən Müharibəsi" nin iştirakçıları, tarix müəllimi Ruslan Ağamalıyeva, məktəbin GÇH rəhbəri Orxan Rəfiyevə və məktəbin məzun qazisi Qadir Qasımova verildi. Onlar keçirdikləri döyüş yolunu, xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Daha sonra söz, təlim- tərbiyə işləri üzrə direktor müavini Sevgili Nurəliyeva, məktəbin psixoloqu Vəfa Şükürova, Uşaq Birliyi Təşkilatı rəhbəri Natəvan Həsənalıyeva verildi. Çıxışlardan sonra, şagirdlər öz şeir və musiqi parçalarını səsləndirdilər. Tədbirin sonunda Azərbaycan dili müəllimi, şair, publisist Adil Həmid " Bu Qələbə asan gəlmədi başa" adlı şerini səsləndirdi.