20 Yanvar- Zəfərə gedən yol
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Hər il bu qanlı faciə təhsil müəssisələrində eləcə də dövlət dairələrində tədbirlərlə anılır. Pandemiya ilə bağlı olaraq builki anım tədbiri də virtual olaraq həyata keçirilmişdir. Müəllimlərimiz , şagirdlərimiz böyük hörmətlə müstəqilliyimizin əldə edilməsində canlarını qurban verənləri yad edirlər.
Azərbaycan Respublikası Təhsil Nazirinin "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli F-05/01 nömrəli əmrinin icrasını təsdiq etmək məqsədilə "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hazırladığı Fəaliyyət planına əsasən 157 nömrəli tam orta məktəbin “Virtual məktəb “ platformasında 1-ci dərslər 20 Yanvar faciəsinə həsr edildi. Bununla yanaşı bir çox siniflərdə bu gün ilə bağlı olaraq açıq dərslər təşkil olunmuşdur. Məktəb rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirilən tədbir xarakterli dərslərdə məktəblilər öz təqdimat və şeirləri ilə çıxış etdilər.Həmçinin, siniflərarası rəsm müsabiqəsi də təşkil olundu. Bəzi siniflərdə isə şagirdlər bu günlə bağlı olaraq esselər də yazıb təqdim etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.