ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV– 150

 16 yanvar tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maya İsrafilovanın təşkilatçılığı ilə dramaturq, pedaqoq, Azərbaycanın dövlət və ictimai - siyasi xadimi Əbdülrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

 Tədbirdə çıxış edən şagirdlər yazıçının əsərlərindən nümunə gətirdilər.

 Tədbir boyu yazıçının həyat və fəaliyyətini əks etdirən video - çarx, təqdimatlar nümayiş etdirildi.Tədbirdə təsərrüfat işləri üzrə direktor müavini , azərbaycan dili və ədəbiyyat müəllimi Adil Həmid iştirak edərək, şagirdlərə Əbdürrəhman Bəy Haqverdiyevin yaradıcılığından danışdı.

 Sonda çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevinc Quliyeva şagirdlərə mütaliə bacarıqlarını özlərində formalaşdırmağı, bədii ədəbiyyatlar oxumağı tövsiyə edərək , tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi