İkinci Qarabağ müharibəsində tarix yazan məzunlarımız

    Azərbaycan xalqının 30 illik həsrəti 2020-ci il tarixində sona çatdı. Erməni təcavüzkarlarının işğal etdiyi torpaqlarımızı igidlərimiz işğaldan azad etdilər.

    Səfərbərlik elan edildiyi gün xalqın igid, qorxmaz oğullarımız könüllü olaraq ordu sıralarına adlarını yazdırdılar. İgidlərimiz sanki, bu günü gözləyirdilər.Bir neçə gün ərzində ordu siralarına yazılan əsgərlərin adı mini, on mini keçdi.Bu igidlər içində müəllimlər, mühəndislər, həkimlər , bir çox sahədə çalışanlar, tələbələr və hətta orta məktəbdən yeni məzun olanlar belə vardı.

    Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə güclü və yenilməz Azərbaycan ordusu işğal altında olan torpaqlarını azad etmək üçün Qarabağa yollandılar.

    İgidlərimiz döyüşdülər və qanlarının son damlasına kimi torpaqları geri alacaqlarını düşmənə sübüt etdilər və xalqlarına gözəl, fərəhli, qələbə sevincini yaşatdılar.

    Müharibə itkisiz olmur. Azərbaycan xalqının bir gözü gülürdüsə bir gözü də ağlayırdı, çünki onun şəhidi vardı.

    Azərbaycanın Milli Qəhrəmanı şəhid Famil İsgəndərovun adını daşıyan məktəbdə təhsil alan igid oğullarımız Familin yolundan gedərək , Vətəni canlarından üstün tutdular. Bugün Şəhid Famil İsgəndərovla yanaşı, bu məktəbin məzunu olmuş ikinci Qarabağ müharibəsi şəhidləri-Abbas Qasımov, Ələkbərov Əli, Abbasbəyli Həmid, Heydərov Rafiq, Kərimli İsmayılın şəkilləri lövhədə öz yerini tutaraq gələcək nəsillərə örnək olur. Onlar haqqında yazılar paylaşılır. Şagirdlər bu igidlər haqqında video-çarxlar hazırlayırlar. Məktəbin dəhlizində isə şəhid məzunlarımız üçün xüsusi güşə hazırlanmışdır. Bu güşədə onların fotoşəkilləri və məlumatları olan löhvə asılmışdır. Bununla yanaşı həmin güşədə məktəbin şagirdlərinin onlara həsr etdikləri əl işləri və rəsmlər də sərgilənməkdədir.

    Məktəbin nümunəvi siniflərindən olan 7"a" sinfinə şəhid Əli Ələkbərovun, 7"b" sinfinə şəhid Rafiq Heydərovun, 6"c" sinfinə şəhid İsmayıl Kərimovun, 1"c"sinfinə şəhid Abbas Qasımlının, 3"a" sinfinə şəhid Həmid Abbasbəylinin,4 "d" sinfinə şəhid Xudayar Yusifzadənin adı verilmişdir.

    157 nömrəli məktəbin rəhbər, müəllim və şagird kollektivi olaraq şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə qovuşan bütün əsgərlərimizə can sağlığı arzu edirirk.

    Ey Azərbaycan igidləri, biz sizi unutmayacaq və unutdurmayacağıq ! Yaşasın Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi