Qazi Elnur Əzizovla onlayn görüş

    13 yanvar tarixində Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin psixoloqu Şükürova Vəfanın, "4ç" sinif rəhbəri İbrahimova Pərvanə müəllimin  təşkilatçılığı ilə həmin sinfin  şagirdlər üçün ən yadda qalan günlərdən biri oldu. Microsoft Teams proqramı ilə Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş qazi Elnur Əzizovla onlayn görüş keçirildi. Elnur şagirdlərimizə müharibədə yaşadığı çətin anlardan danışdı.Tədbirdə şagirdlər şeirlər söylədilər, qazimizə suallar verdilər.
    Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil, vətən xüsusi sevgiyə və hörmətə layiq müqəddəs torpaqdır. Bizim də borcumuz şagirdlərimizin vətənpərvər yetişməsində belə görüşlər təşkil etmək və şagirdləri bəhrələndirməkdir. Biz belə vətən oğulları ilə fəxr edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi