Tarix yazan müəllimlər

     Azərbaycan xalqı 2020-ci ildə 44 günlük müharibə yaşadı. Bu müharibə tarixə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə igidlərimiz işğal edilmiş torpaqları geri qaytardılar və bizlərə böyük və əvəzolunmaz sevinc, qürur hissi yaşatdılar.

    Əlbəttə müharibə itgisiz olmur. Vətən yolunda şəhidlərimiz də, qazilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə Allahdan şəfa arzu edirik.

    Müharibə zamanı hamı bir olur , hamı Vətən uğrunda əsgər olur. O əsgərlər içində müəllimlər, həkimlər, mühəndislər və bir çox peşə sahibləri yer alır. Belə igidlərdən biri də 157 nömrəli məktəbin tarix müəllimi Ağamalıyev Ruslan və Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Rəfiyev Orxan müəllimdir.

    Qələm tutan əllər həmin günlərdə silah tutmuş, qarşısına keçib dərs keçdikləri lövhələr isə səngərlərdə çevrilən müəllimlərimiz qələbə ilə , sağ-salamat ailələrinin yanına qayıtdılar.

    Başda Səttarova Gulayə müəllim olmaqla məktəb rəhbərliyi və müəllim kollektivi adından onları təbrik edir və can sağlığı arzu edirik.

    Qələbəmiz mübarək, ey şanlı Vətənin şanlı tarix yazan müəllimləri !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi