Həmrəyliyimizin qələbəsi

         Dekabrın 30-u 157 nömrəli məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Həmrəyliyimizin Qələbəsi" adlı videokonfrans təşkil edildi. Videokonfrans dövlət himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

      Videokonfransda 157 nömrəli məktəbin direktoru Səttarova Gülayə, tərbiyə işləri üzrə direktor müavini Quluyeva Sevinc,Uşaq Birliyi Təşkilatı Rəhbəri Həsənalıyeva Natəvan, ədəbiyyat dərnəyinin rəhbəri İsmayılova Zabitə, azərbaycan - dili müəllimi Həmidov Adil, ibtidai sinif müəllimi Səlimova Samirə iştirak etdilər.  Müəllimlərin çıxışlarından sonra, söz şagirdlərə verildi. 

      Videokonfransda Milli Qəhrəman General Mayor Polad Həşimovun oğlu Davud Həşimov qonaq kimi qatıldı. Atası ilə olan xatirələrdən danışan Davud Həşimov tədbir iştirakçılarına təsirli anlar yaşatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi