Qarabağa qayıdış

     Dekabrın 7-si Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 F-512 nömrəli əmri ilə təsdiq olunmuş"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında"Fəaliyyət Planına uyğun olaraq 157 və 267 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə "Qarabağa qayıdış" adlı video-konfrans keçirildi. Konfrans dövlət himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    157 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Quluyeva Sevinc, 267 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Sevda, müəllimləri və şagirdləri təqdim etdilər. Video-konfransda 157 nömrəli məktəbdən: Uşaq Birliyi Təşkilatı Rəhbəri Həsənalıyeva Natəvan, tarix müəllimi Ağayeva Meyransa, ədəbiyyat müəllimi İsmayılova Zabitə, VII sinif şagirdləri iştirak etdilər. Video-konfransın sonunda iştirakçılara təşəkkür edildi. Tədbirlərin davamlı olacağı qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi