Şəhidlər ölməz ,Vətən bölünməz
Azərbaycan xalqı şanlı tarixinə qızıl hərflərlə yeni bir tarix yazdı-Qarabağ öz əsl sakinlərinə geri qaytarıldı.
44 günlük ağrılı, acılı amma bir o qədər də sevincli, qürurlu tarix yaşatdı igidlərimiz xalqına. İsti, soyuq, yağış, külək demədən işğal altında olan torpaqlarının azadlığı uğrunda canlarını fəda etdilər.
Düşmənin gözünə dik baxaraq, çiyin-çiyinə vuruşdu və qələbəyə doğru inamla addımladı xalqın 2783 nəfər mərd igidi. Şəhadət şərbətini içib bu torpağı son qanlarına kimi qorudular, qələbə qazandılar və şəhidlik zirvəsinə ucaldılar.
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" fəaliyyət planına da uyğun olaraq "Şəhidlər ölməz ,Vətən bölünməz" devizi ilə "Virtual məktəb" platformasında dərs zamanı saat 12:00-də şəhidlər bir dəqiqəlik sükutla anıldı və həmçinin videoçarx təqdim edildi.