Bütöv Azərbaycan
01.12.2020-ci il tarixində Laçın rayonunun da işğaldan azad edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu. 28 illik nisgil,həsrət sona çatdı.Qarabağ öz əzəli və əbədi sakinlərinə geri qaytarıldı.
Ali Baş Komandan Prezident İlham Əliyevin göstərişi iləhəyata keçirilən tədbirlər xalqımıza qələbə sevinci yaşatdı.
Şanlı qələbənin ardında güclü ordu, o ordunun tərkibində mərd oğullar, şəhidlik zirvəsinə ucalan igidlər və bu qələbəni qoruyub saxlayacaq möhkəm, iradəli gələcək var. Bu şanlı tarix yazan igidlərimizin davamçıları isə gələcəyimiz olan uşaqlardır.