Bir kərə yüksələn bayraq bir daha enməz !
Noyabrın 9-u təqvimdə adi bir gün olsa da, Azərbaycan xalqı, dünyanın istənilən yerində yaşayan azərbaycanlılar üçün çox vacib və özəl gündür. "Bayraq günü" kimi qeyd etdiyimiz bu gün bu il bizim üçün ikiqat bayramdır.
08.11.2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək "Şuşa sən azadsan" deməsi xalqa inanılmaz bir sevinc yaşatdı. İgid oğulları vətənin hər qarış torpağını mənfurlardan təmizləyərək böyük həsrətə son qoymaqdadırlar. Yaşasın şanlı tarix yazan Azərbaycan ordusu!
Bayraq günündə insanı qürurlandıran ən gözəl məqam isə 1918-ci ildə qurulan Cümhuriyyətin əmanəti olan üçrəngli bayrağımız bu il başda Şuşa olmaqla Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında dalğalanır. Tezliklə Xocavənd, Xocalı, Xankəndi, Laçın, Ağdam, Ağdərə rayonlarında da şanlı üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.
"Bayraq günü" münasibətilə müəllimlər ayrı ayrı siniflərdə vətənpərvərlik ruhunda tədbirlər keçirdilər. Şagirdlər şeir, musiqi parçaları, əl işləri, rəsm əsərləri ilə öz təbriklərini bildirdilər.