Bilik günü

Sentyabrın 15-i Azərbaycan Respublikasında “Bilik günü”olaraq qeyd edilir.Hər ilin bu günü istər ümumtəhsil məktəblərində, istərsə də , ali təhsil müəssisələrində dərs ilinin ilk zəngi çalınır.

 Ötən illərdən fərqli olaraq bu il COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində təhsil sistemində növbəli olaraq dərslərin açılması həyata keçirilir.

 “Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı”na əsasən 15 sentyabrdan dərslər  ibtidai sinflər üzrə iki gün əyani, digər günlər distant olmaqla və   V-XI siniflər üzrə isə təhsil distant olaraq keçirilir.

2020/2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir”mövzularına həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi