28 May-Azərbaycanın 102 illik şanlı tarix səhifəsi.

  May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

  Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

 Bu gün bir zamanlar zəif görünən Azərbaycan Respublikası Umummilli lider Heydər Əliyev və İlham Əliyev cənablarının əməkləri sayəsində daha yüksək zirvələrə dayanmadan addımlamaqdadır.Bu işdə əlbətt xalqın dəstəyi və gənclərimizin daim inkişafı da böyük rol oynamaqdadır.Biz birlikdə həmişə güclüyük.

 Dünya əhalisi olaraq çətin günləri yavaş-yavaş geridə qoymağa çalışdığımız bu günlərdə 157 nömrəli məktəbin şagirdləri evdə qalsalar da öz şeir və mahnılardan ibarət videoçarxları ilə əlamətdar günü qeyd edirlər. Məktəbin müəllim və şagird kollektivi olaraq xalqımızı bayram münasibəti ilə təbrik edirik.Bayramınız  mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi