Xocalı faciəsi-28 illik acı.
1992-cı il 25-dən 26-na keçən gecə o faciənin şahidi oldu Azərbaycan torpaqları. Mənfur düşmənin ani xaincə hücumu, didərgin düşən minlərlə insanın zülmət gecədə meşələrdə məhv olması 20-ci əsrin ən böyük faciələrindən biridir. Həmin gecə erməni cəlladları yaşlı,cavan,uşaq demədən hərkəsi öldürdülər. Bu faciə 28 il ötsə belə əsla unudulmaz və unudulmayacaq.
Tədbir planına əsasən 157 nömrəli məktəbdə də "Xocalı faciəsi 28 il" adlı anım tədbirləri keçirilmişdir. İlk olaraq 6-8-ci siniflər arasında "Xocalı faciəsi unudulmaz" adlı inşa müsabiqəsi keçirildi. 26 fevral tarixində isə məktəbdə birinci və ikinci növbə daxil olmaqla ilk dərslərin mövzusu Xocalı faciəsi ilə bağlı oldu.Müəllimlər şagirdlərə bu faciənin tarixindən bəhs etdilər. Məktəbin ibtidai siniflərində sinif daxilində anım tədbirləri keçirildi.Məktəbin dəhlizində şagirdlərin hazırladıqları divar qəzetləri və çəkdikləri şəkillərdən ibarət sərgi keçirildi. Məktəb kollektivi anım günü münasibətilə Xocalı prospektində yerləşən "Ana fəryadı" heykəlini ziyarət etdilər.
Akt zalında isə anım gününün yekun tədbiri keçirildi. Tədbirdə istər şeir,istər hazırladıqları məlumatlarla şagirdlərimiz bu günü yenidən və hörmətlə yad etdilər.
Allah rəhmət eləsin.