Cəlil Məmmədquluzadə 150 illik yubleyi ilə bağlı tədbir.
Azərbaycanın görkəmli yazıçılarından biri olan Cəlil Məmmədquluzadənin 150 illik yubleyi çərçivəsində 157 nömrəli məktəbdə silsilə tədbirlər keçirilmişdir. Beləki, ilk olaraq şagirdlərin tətil zamanı asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə məktəbin VIII sinif şagirdləri C.Məmmədquluzadənin ev muzeyində oldular. Muzey gəzintisi zamanı şagirdlər sənətkarın evində oldular, onun yaşadığı məzillə tanış olub və bir çox əlyazmalarını yaxından görmək imkanı əldə etmişdilər.
Növbəti tədbir isə məktəbin IV sinif şagirdləri ilə Cəlil Məmmədquluzadənin "Saqqalı uşaq" hekayəsinin müzakirəsi ilə həyata keçirilmişdir. Müzakirə zamanı şagirdlər Cəlil Məmmədquluzadə yaradıcılığı ilə tanış oldular."Saqqalı uşaq" hekayəsinin müzakirəsi zamanı şagirdlərin fəal iştirakı onlarda mütaliyə vərdişi işinin təşkilinin doğruluğunu bir daha sübut etmiş oldu.