Dünya Azərbaycanlıların Həmrəylik Günü.

  1991-ci il 31 dekabr Azərbaycan xalqının tarixində şərəfli və yadda qalan günlərdən biridir. Bu günün əsası 30 il əvvəl — 1989-cu ildə Azərbaycan xalqı Araz çayı boyunca yerləşən Sovet-İran sərhəd çəpərlərini sökdüyü gün qoyulub. Bu hadisə dünyanın hər yerində yaşayan azərbaycanlıların həmrəylik rəmzinə çevrilib.1991-ci il dekabr ayının 16-da Ümummilli lider Heydər Əliyev 31 dekabrı "Dünya Azərbaycanlıların Həmrəylik Günü" elan etdi. Hər ilin bü günü istər ölkə daxilində, istərsə də dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz fəxr və qürur hissi ilə qeyd edirlər.

  Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ölkəmizin bir çox təhsil müəssisələrində olduğu kimi 157 nömrəli tam orta məktəbdə də bayram tədbiri keçirilmişdir. Azərbaycan Respubliksının Dövlət Himni ilə başlayan tədbirdə təbrik üçün söz məktəb direktoru Gülayə müəlliməyə verildi.Gülayə müəllimə məktəb heyətini bayram münasibəti ilə təbrik etdi.Həmrəyliyin vacibliyi məsələsinə toxunan direktor bu həmrəyliyin və müstəqilliyin tarixindən danışaraq əbədiyaşar lider Heydər Əliyevin xalqı üçün gördüyü işlərin əvəzsiz olduğunu və cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə hakimiyyətinin  ölkənin inkişafi və rifahı üçün gördüyü işlərin bizi daim irəliyə apardığını qeyd etdi. Şagird və müəllim kollektivinə işlərində uğurlar arzuladı.Daha sonra şagirdlər öz mahnı və şeirləri ilə tədbirdə çıxış etdilər.

Bayramınız mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi