Valideynin məktəbdə bir günü

    19 dekabrda 157 №.li tam orta məktəbdə Bakı  Şəhər üzrə Təhsil  İdarəsinin “ Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
Bu dəfəki tədbir müəyyən yeniliklər ilə də yadda qaldı. Belə ki, hər gün evində övladlarını qarşılayan valideyinləri bu dəfə məktəbdə məktəb rəhbərliyi, müəllimləri deyil, məhz öz övladları qarşıladılar. Bir gün əvvəldən hazırlıq işləri görən şagirdlərin sevinc və həyəcanları duymaq çətin deyildi, biz müəllimlər isə bu gözəl anlara şahid və  sadəcə onlara dəstək olmağa çalışdıq.
    Bu gün də məktəbimizə gələn valideynlərin öz övladları tərəfindən qarşılanması həm uşaqlar üçün çox həyəcanlı oldu, həm də valideynlər tərəfindən maraqla qarşılandı.
    Övladları tərəfindən qarşılanan valideynlər əvvəlcə məktəbi gəzdilər, məktəbin şəraiti ilə yaxından tanış oldular. Valideyinlər şagirdlərin dərslərində iştirak etdilər.
 Daha sonra valideynlərlə qarşılıqlı söhbətə və müzakirəyə əsaslanan maarifləndirici xarakterli tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi tərəfindən valideynlərə “Bulling” anlayışı haqqında məlumat verildi, ümumiyyətlə ailələrin uşaqlarla münasibətlərinin necə qurulmalı olduğu ilə bağlı qarşılıqlı müzakirələr aparıldı.  Ailələrin “Bulling” və bu kimi məsələrin vaxtında üzə çıxması üçün uşaqları ilə düzgün ünsiyyət formalaşdıra bilməsinin, uşaqların bu mənada ailələrinə inamlarının çox vacib olduğu vurğulandı. 
     Tədbirin bədii hissəsində isə şagirdlər  tərəfindən hazırlanan müxtəlif bədii çıxışlar gələn qonaqlara təqdim edildi,  onlar öz istedadlarını valideynlərinə təqdim etdilər.
   Sonda belə tədbirlərin əhəmiyyəti vurğulandı. Valideynlərə onların uşaqlarının təhsil aldığı  məktəbə gəlib onun məktəbdəki fəaliyyəti ilə maraqlanması üçün mütləq hansısa tədbirin təşkilinə ehtiyac olmadığı, hər zaman övladlarının təhsili ilə maraqlana biləcəkləri, onların  dərsləri və ümumiyyətlə məktəbdəki davranışı ilə bağlı sinif rəhbərindən, müəllimlərindən mütəmadi olaraq məlumat almalarının mümkünlüyü və vacibliyi qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi