12 dekabr-əbədiyaşar Ümummilli lider Heydər Əliyevin anım günü
2003-cü il 12 dekabr tarixi. Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz böyük və xilaskar oğlu, Ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.«Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.
Anım günü ilə bağlı olaraq bu gün məktəbdə silsilə tədbirlər həyata keçmişdir.Belə ki, ilk öncə məktəbin Akt zalında müəllim və IX-X-XI sinif şagirdlərin iştirakı ilə tədbir keçirildi.Tədbirdə ilk öncə ümumilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra məktəbin tarix müəllimi iştirakçılara Heydər Əliyevin həyat və quruculuq işlərindən, onun hələ Sovet İttifaqının tərkibində olduğu dövrdən Azərbaycan üçün mislisiz xidmətlərindən bəhs etdi . O ,vurğulayıb ki, müstəqil Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu dövr ərzində Azərbaycanı zamanın ağır və sərtsınaqlarından çıxardıb, xalqın ictimai-siyasi, mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi.
Azərbaycan təhsilinin sürətli yüksəlişilləri kimi tarixi yaddaşımıza daxil olduğunu diqqətə çatdırıb. Bu dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilib, ölkəmizin gələcəyi üçün güclü kadr potensialı formalaşdırılıb. Həmçinin, bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.
Müəllim çıxışı zamanı Azərbaycan xalqının israrlı tələblərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdiyini vurğulayıb. Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmışdır. Prezident cənab İlham Əliyevin Ulu öndərin siyasi xəttini davam etdirməklə Azərbaycanı daha da qüdrətli ölkəyə çevirməyə nail olduğunu xüsusu ilə vurğulanmışdır.
Anım günü ilə bağlı silsilə tədbirlə əlaqədar məktəbin foyesində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.Onun büstü önündə IV-V sinif şagirdlərinin iştirakı ilə çıxışlar olmuşdur.Ümumilli lider Heydər Əliyevin xatirəsinə şeirlər deyildi.
Bundan başqa ayrı-ayrı siniflərdə də Ümumilli liderin xatirəsi yad edilib, ilk dərslərdə şagirdlərə siyasi lider kimi Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində xidmətləri haqqında məlumat verilib.